Mobil versiya
Apteklərdə şəkərli diabet "diaqnoz"u qoyulur
Tarix: 16-02-2017 | Saat: 20:51
Bölmə:Səhiyyə | çapa göndər

Apteklərdə şəkərli diabet "diaqnoz"u qoyulur





Bəzi apteklərdə qandakı şəkərin miqdarı ölçüməklə vətəndaşlara diabet xəstəliyinin diaqnozu qoyulur, hətta dərman təyin olunur. Əslində isə bu diaqnozun qoyulması mütləq həkim nəzarəti altında, bir sıra testlər keçirildikdən sonra olmalıdır. Yəni aptekdəki nəticə aldadıcı ola bilər.

AİA.Az xezerxeber.az-a istinadən bildirir ki, apteklərdə qanda şəkərin miqdarı yoxlanılır və buna əsasən şəxsə şəkər xəstəliyi diaqnozu qoyulur. halbuki qandakı şəkərin miqdarının çox olması hələ şəxsin xəstə olduğunu göstərmir. Respublika endekrnoloji mərkəzin direktor müavini Babək Salek qeyd edir ki, bu diaqnozun qoyulması üçün sadəcə aparatla qandakı şəkərin ölçülməsi kifayət etmir. bunun üçün bir neçə analiz, testdən keçmək lazımdır, hansı ki bunlar apteklərdə mümkün deyil.

Bəzi apteklərin diaqnoz qoymağı bəs deyilmiş kimi üstəlik dərman da təyin edilməsi isə ümumiyyətlə absurd sayılır. Çünki hələ sübut olunmamış xəstəlik üçün dərman qəbulu böyük fəsad verə bilər.

Endokrinoloq qeyd edir ki, aptekdə yoxlayan zaman aldadıcı nəticənin çıxmağına şəxsin yoxlanmadan əvvəlki qidalanması, hərəkətliliyi də səbəb ola bilər. Bu baxımdan qanında şəkərin miqdarı yüksək çıxmış insanların panikaya düşməsinə əsas yoxdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024