Mobil versiya
Azərbaycanda pensiyaçıların sayı açıqlandı
Tarix: 16-02-2017 | Saat: 18:44
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda pensiyaçıların sayı açıqlandı

Cari ilin 1 yanvar tarixinə olan statistikaya əsasən, Azərbaycan üzrə əmək pensiyaçılarının sayı 15 281 nəfər və ya 1,2% artaraq 1 315 227 nəfər təşkil edir.

AzVision.az xəbər verir ki, bunu nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. Onun sözlərinə görə, keçən il əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2% artaraq 192,18 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 213,81 manata çatıb.

Nazirlik rəsmisi qeyd edib ki, sosial müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 10% artıb: “Keçən il 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57,8 min nəfərdən çox şəxsə Azərbaycan Prezidentinin aylıq təqaüdləri ödənilib. Bu məqsədlərə yönələn vəsaitin məbləği 2015-ci illə müqayisədə 35,2 mln. manat və ya 11,6% çox olub. Azərbaycan prezidentinin müvafiq fərmanlarına əsasən Azərbaycanın Milli Qəhrəmanları üçün Azərbaycan Prezidentinin təqaüdünün və Azərbaycan Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 2016-cı ilin 1 noyabr tarixindən artırılaraq 1000 manatdan 1 300 manata çatdırılıb”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024