Mobil versiya
Azərbaycanda növbəti ilin tədris proqramı təsdiq olundu
Tarix: 24-06-2015 | Saat: 13:37
Bölmə:Təhsil / Manşet | çapa göndər


Əmrin icrasına nəzarət Ceyhun Bayramova həvalə olunub.

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.
Aia.az -ın xəbərinə görə, əmrə əsasən tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2015-2016-cı dərs ilinə aid aşağıdakı tədris planları və tədris planlarına dair "Qeydlər" təsdiq edilib.

Bunlara ümumtəhsil məktəblərinin I-VIII sinifləri üçün tədris planları (1, 2, 3 nömrəli əlavələr), ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-VIII sinifləri üçün tədris planları (4, 5 nömrəli əlavələr), ümumtəhsil məktəblərinin IX-XI sinifləri üçün tədris planları (6, 7, 8 nömrəli əlavələr), ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin IX-XI sinifləri üçün tədris planları (9, 10 nömrəli əlavələr), azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları (11, 12 nömrəli əlavələr) və tədris planlarına dair “Qeydlər” (13 nömrəli əlavə) daxildir.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil, İqtisadiyyat, Tədris resursları və informasiya şöbələrinə tapşırılıb ki, tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını, bu əmrin əlavələrlə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024