Mobil versiya
Ana 23 yaşlı oğlunun meyitini tapdı
Tarix: 16-02-2017 | Saat: 12:36
Bölmə:Cəmiyyət | çapa göndər

Ana 23 yaşlı oğlunun meyitini tapdı

Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Yuxarı Qiyaməddinli kəndində 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü asaraq intihar edib. Onun həyətdə ağacdan asılı vəziyyətdə qalmış meyitini yaxınları tapıb.
23 yaşlı Şəmistan Cəfərov subay imiş və fərdi əməklə məşğul olurmuş. O, anası ilə birgə yaşayırmış və gecə saatlarında anası Şəmistanın asılı vəziyyətdə qalmış meyitini aşkarlayıb.
Ş.Cəfərovun psixoloji vəziyyəti normal olub. Onun hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024