Mobil versiya
İki nazir müavini də vəzifədən getdi
Tarix: 15-02-2017, 21:46 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

İki nazir müavini də vəzifədən getdi








Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə Prezident İlham Əliyevin 13 fevral tarixli sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin nazir müavinləri də vəzifəsini itirib.

Qaynarinfo.Az axar.az-a istinadla xəbər verir ki, Nəqliyyat nazirinin müavinləri Musa Sədi oğlu Pənahov və Arif Nəriman oglu Əsgərovun da nazirliyin ləğvindən sonra yeni təyinatları yoxdur.

Keçmiş nazir müavini M.Pənahov 1959-ci ildə anadan olub, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

23 fevral 2004-cı ildən Nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.

Digər sabiq müavin – A.Əsgərov 1961-ci ildə anadan olub, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu bitirib.

9 fevral 2015-ci ildən Nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Namiq Həsənov da nazirliyin ləğvi ilə vəzifəsini itirib.

aia.az



5904 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930