Mobil versiya
Gündə bir banan yesən...
Tarix: 15-02-2017 | Saat: 21:18
Bölmə:Səhiyyə / Karusel | çapa göndər

Gündə bir banan yesən...






Aia.Az axşam.az-a istinadən gündə bir banan yeməyin faydalarını təqdim edir:

Depressiya - depressiyada olan insanlar arasında aparılan araşdırmalardan biri sübut edib ki, həmin insanların çoxu banan yedikdən sonra özlərini daha yaxşı hiss etməyə başlayıblar. Bunun səbəbi isə bananın bədəndə serotonin (insanı rahatlaşdıran və xoşbəxtlik hissi yaradan maddə) yaradan zülal olan triptofan ehtiva etməsidir.

Anemiya - banan qandakı hemoqlabin istehsalını canlandırır və anemiya vəziyyətində kömək olur.

Təzyiq - bu tropik meyvə təzyiqi normallaşdırmaq üçün mükəmməl vasitədir. Son dərəcə yüksək kalium və aşağı duz ehtiva etməsi sayəsində buna qadirdir.

Beyin gücü - İngiltərədə məktəblərin birində aparılan araşdırmada 200 şagird imtahan günləri boyunca naharda, fasilədə və günorta yeməyində banan yeyiblər. Tədqiqat kaliumla zəngin bu meyvənin şagirdləri daha gümrah saxladığını sübut edib.

Qəbizlik - banan ehtiva edən pəhrizlərdə laksatifə (bağırsağı fəaliyyətə gətirən dərmanlar) ehtiyac qalmır. Banan normal bağırsaq hərəkətini yeniləyir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə