Mobil versiya
Kim Çen Inın qardaşını bu qadın öldürüb – FOTO
Tarix: 15-02-2017 | Saat: 15:45
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Kim Çen Inın qardaşını bu qadın öldürüb – FOTO


Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namı Malayziyada öldürməkdə şübhəli bilinən qadının fotosu yayılıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onun fotosu təhlükəsizlik kamerası tərəfindən görüntülənib.

Məlumata əsasən foto gənc qadın qətli törətdikdən sonra hava limanında taksi gözləyərkən çəkilib.

“Reuters” yazır ki, qətli törətməkdə şübhəli bilinən Myanma vətəndaşı saxlanılıb. Qadının adı açıqlanmayıb.

Qeyd edək ki, ötən gün Şimali Koreya lideri Kim Çen Inın qardaşı Malayziyada qətlə yetirilib. Şimali Koreya liderinin qardaşı Kim Çon Nam Kuala –Lumpur hava limanında Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən zəhərlənib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024