Mobil versiya
Xocalı soyqırımı Avstraliya parlamentində
Tarix: 15-02-2017 | Saat: 14:39
Bölmə:Siyasət | çapa göndər

Xocalı soyqırımı Avstraliya parlamentində

Avstraliya İttifaqı Parlamentinin Senatında Avstraliya Liberal Partiyasının üzvü, senator Kris Bak Xocalı faciəsi ilə bağlı çıxış edib.

AzVision.az Avstraliya parlamentinə istinadən xəbər verir ki, senator K.Bak çıxışında yaxın iki həftə ərzində Azərbaycan xalqının ölkə tarixinin ən qanlı faciəsinin 25-ci ildönümünü qeyd edəcəyini bildirib. O, həmin gün qadınlar və uşaqlar da daxil olmaqla, 600-dən çox mülki şəxsin öldürüldüyünü diqqətə çatdırıb. K.Bak fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal etdiyini, erməni əsgərləri tərəfindən insanların öldürüldüyünü və ya donmağa məhkum edildiyini vurğulayıb.

Senator həmin gecə törədilmiş hadisələrin xarakter etibarilə faciəvi və dəhşətli olduğunu bildirərək, 1990-cı illərdə baş vermiş müharibənin fəlakətli fəsadlarının hələ də davam etdiyini söyləyib.

Müharibənin fəsadlarını humanitar böhranın ən ağır forması kimi xarakterizə edən K.Bak uğurlu vasitəçilik olmadan atəşkəsin pozulması hallarının və yenilənmiş gərginliyin hərbi münaqişənin yenidən alovlanmasına gətirib çıxaracağını qeyd edib və bu vəziyyətin bütövlükdə Qafqaz regionunda qeyri-sabitliyə yol açacağını vurğulayıb.

Sonda senator Azərbaycanın Dağlıq Qarabağ regionunun hazırda Ermənistanın işğalı altında olduğunu qeyd edərək, etnik azərbaycanlıların öz ata-baba yurdlarında məskunlaşmaq hüququnun olduğunu qeyd edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024