Mobil versiya
Trampın qızını saymadılar, aşağıladılar - FOTO
Tarix: 15-02-2017 | Saat: 12:41
Bölmə:Dünya | çapa göndər

Trampın qızını saymadılar, aşağıladılar - FOTO

ABŞ prezidenti Donald Trampın kiçik qızı Tiffani Tramp Nyu-York şəhərində keçirilən "New York Fashion Week"ə qatılıb.

AİA.Az TMZ-yə istinadən bildirir ki, 23 yaşlı Tiffani şouya sevgilisi Dennis Basso ilə birlikdə yollanmışdı.

"Philipp Plein" brendinin yeni kolleksiyasının nümayişi zamanı Tiffani Tramp onun üçün ayrılmış ön cərgədəki yerində oturmaq istəyəndə orada məşhur müğənni Madonnanı görüb.

ABŞ prezidenti Donald Trampa kəskin antipatik mövqeyi ilə seçilən, daha doğrusu, Trampa nifrət etdiyini deyən Madonnanın yanında oturmaq istəməyən Tiffani yan oturacaqlardan birində əyləşib.

Tiffanini şouda görən məşhur redaktorlar və moda tənqidçiləri ayağa duraraq həmin sıranı tərk ediblər.

Baş verənləri The Wall Street Journal-ın sabiq moda şərhçisi Kristina Binkloi çəkib və fotoları Twitter-dəki mikrobloqunda paylaşıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024