Mobil versiya
Məmmədyarov erməni nazirlə görüşə bilər
Tarix: 15-02-2017 | Saat: 12:39
Bölmə:Siyasət / Manşet | çapa göndər

Məmmədyarov erməni nazirlə görüşə bilər

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Almaniyaya səfər edəcək.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, nazir Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

Almaniyaya səfəri zamanı Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Ermənistan xarici işlər həmçinin bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Səfər çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənilir.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində həmsədrlərlə görüşəcəyini deyib.

XİN rəhbərinin sözlərinə görə, Rusiya tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini təklif edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024