Mobil versiya
İntihar üçün özünü zəhərləyənlərin sayı artıb
Tarix: 15-02-2017 | Saat: 11:42
Bölmə:Səhiyyə | çapa göndər

İntihar üçün özünü zəhərləyənlərin sayı artıb

Ötən il Azərbaycanda 2234 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb, 57 nəfər isə kimyəvi zəhərlənmədən dünyasını dəyişib.
AİA.az xəbər verir ki, bunu trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib.
Onun sözlərinə görə, kimyəvi zəhərlənməyə məruz qalanların və bu zəhərlənmələrdən ölənlərin sayı 2015-ci illə müqayisədə azalıb. 2015-ci ildə kimyəvi zəhərlənməyə 24 62 nəfər məruz qalıb, 68 nəfər dünyasını dəyişib. Kimyəvi zəhərlənmələr daha çox 20-29 yaş qrupu arasında olan insanlar arasında qeydə alınıb. Bu yaşda kimyəvi zəhərlənməyə məruz qalanlar ümumulikdə kimyəvi zəhərlənənlərin 27 faizini (618 nəfər) təşkil edib.
İ.Əfəndiyev əlavə edib ki, kimyəvi zəhərlənmələrin çoxu dərmanlardan baş verib: "Xəstələrin 32 faizi dərmanlardan zəhərlənib. Dərman zəhərlənmələri daha çox əsəbə qarşı - sedativ tərkibli dərmanlardan baş verib. Onların əksəriyyəti intihar xarakterli zəhərlənmələr olub. Ümumiyyətlə, böyüklərdə dərman zəhərlənmələri əsasən su-qəsd xarakterli olur”.
İ.Əfəndiyev qeyd edib ki, ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 893 nəfəri, yəni 40 faizi (ötən il 30 faizi) bunu özünə sui-qəsd etmək məqsədilə edib. Həmin xəstələrin çoxu qadınlar, xüsusilə cavan qadınlar olub. Qadınlar dərman və sirkə turşusu içməklə özlərinə sui-qəsd etmək istəyiblər.
İ.Əfəndiyev bildirib ki, 2016-cı ildə 253 nəfər, 2015-ci ildə isə 278 nəfər sirkə turşusu içməklə özünü zəhərləyib.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024