Mobil versiya
"İndiyədək regionlara 39,5 milyard manat xərclənib"
Tarix: 15-02-2017, 10:23 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər

"İndiyədək regionlara 39,5 milyard manat xərclənib"

2016-cı ildə təkcə struktur islahatları deyil, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində də ciddi addımlar atılıb, xüsusilə insan hüquq və azadlıqlarının təmin edilməsi, bank sisteminin təkmilləşdirilməsi və digər sahələr üzrə qanunvericilik aktlarının müasir dünya standartlarına uyğunlaşdırılması davam etdirilib.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib. Onun sözlərinə görə, dövlət başçısı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə əlaqədar 2016-cı ildə 73 sərəncam imzalayıb, bu işlərin icrası üçün 204 milyon manatdan artıq vəsait sərf edilib.

O, bildirib ki, 2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində 39,5 milyard manat vəsait xərclənib.

Süleyman İsmayılov əlavə edib ki, prezident İlham Əliyev 2016-cı il ərzində respublikanın bölgələrinə 23 dəfə, bəzi rayonlara hətta iki dəfə səfər edərək 64 yeni obyektin açılışında iştirak edib: “Respublikanın şəhər və rayonlarında çoxmənzilli yaşayış binalarının əsaslı təmiri, onların dam örtüklərinin dəyişdirilməsi, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni liftlərin quraşdırılması hazırda aktual məsələlərdən biridir. 2016-cı ildə ölkə Prezidenti 25 sərəncamı ilə bu məqsədlər üçün özünün ehtiyat fondundan 90 milyon manatdan çox vəsait ayırıb”.

Aia.az



5402 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031