Mobil versiya
Dünyada ilk dəfə bitkoin bankı yaradılıb
Tarix: 14-02-2017 | Saat: 16:45
Bölmə:İqtisadiyyat | çapa göndər

Dünyada ilk dəfə bitkoin bankı yaradılıb

Avstriyanın paytaxtı Vyana şəhərində dünyanın ilk rəsmi bitkoin-bankı açılıb.

AİA.Az virtualaz-a istinadən xəbər verir ki, "Bitcoin-bank" adlanan bank Berlinin çox da böyük olmayan "Bit Trust Services" startap şirkəti tərəfindən təsis edilib. Burada müştərilər kriptovalyuta haqqında məsləhət almaqla bərabər sistemdə qeydiyyatdan keçə bilərlər. Virtual pul kisəsi sahibləri isə öz bitkoinlərini avroya və ya əksinə dəyişə biləcəklər.

Qeyd edək ki, Avstriya kriptovalyuta tədavülünə maneə yaratmayan bir neçə ölkədən biridir. Bu ölkədə 3 il bundan əvvəl ilk bitkoin-bankomat fəaliyyətə başlayıb. Vyanada isə hazırda 20-yə yaxın müəssisə və şirkət bitkoinlə ödənişləri qəbul edir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024