Mobil versiya
Fransa səfiri Qarabağın həlli yolunu açıqladı
Tarix: 14-02-2017 | Saat: 16:43
Bölmə:Siyasət / Manşet | çapa göndər

Fransa səfiri Qarabağın həlli yolunu açıqladı

"ATƏT-in Minsk qrupunun həmsədrləri dialoq üçün şəraitin yaradılması istiqamətində səylərini əsirgəmir"

AzVision.az-ın “news.am”a istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye keçirdiyi mətbuat konfransında deyib.

“Vasitəçilər əmindirlər ki, münaqişənin həllində sülh danışıqlarından başqa yol yoxdur. İnsan itkiləri təkcə aprel müharibəsi zamanı olmayıb və bu, az qala gündəlik vəziyyətdir. Belə vəziyyət qane edə bilməz”.

Səfirin sözlərinə görə, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması haqqında əldə olunmuş razılaşmalar mütləq icra olunmalıdır: “Lakin bu kontekstdə onu bilmək lazımdır ki, məsələnin həlli vasitəçilərdən asılı deyil. Bu, tərəflərin siyasi iradəsinin şərtləndirdiyi məsələdir”.

Səfir əlavə edib ki, Fransa tərəflərin görüşünü qəbul etməyə hazırdır: “Prezident Olland bəyan etdiyi kimi, biz bunu etməyə hazırıq. İstənilən halda, mən də israr edirəm ki, münaqişənin həlli yalnız danışıqlar yolu ilə ola bilər. XX əsrdə sülh yolu ilə həll olunan münaqişələrin nümunəsi var”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024