Mobil versiya
Ölkə üzrə 4602 uşaq məktəbdən yayınıb - Rəsmi
Tarix: 14-02-2017 | Saat: 15:52
Bölmə:Təhsil / Karusel | çapa göndər

Ölkə üzrə 4602 uşaq məktəbdən yayınıb - Rəsmi

“Uşaqların icbari ümumi orta təhsillə əhatəsi bilavasitə yerli icra hakimiyyətlərinin, eləcə də Təhsil Nazirliyinin daim diqqət mərkəzindədir”.

Təhsil Nazirliyindən AİA.az-a verilən məlumata görə, yerli təhsili idarəetmə orqanları bu məsələ ilə müntəzəm məşğul olur, nəzarət funksiyasını yerinə yetirirlər. Rayon (şəhər) İcra Hakimiyyəti başçılarının yanındakı Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, icra nümayəndəlikləri, bələdiyyələr, hüquq mühafizə orqanları öz səlahiyyətləri çərçivəsində icbari təhsilin təmin olunmasına müvafiq köməklik göstərirlər. Bunlarla yanaşı, valideynlər arasında da davamlı maarifləndirmə tədbirləri təşkil olunur.

Qeyd olunub ki, uşaqların təhsillə əhatəsini daha da yaxşılaşdırmaq məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər üçün “Fərdi təhsilin təşkili haqqında Qaydalar” hazırlanıb təsdiq edilmişdir. Bu qəbildən olan şəxslər yaşadıqları ərazidə fərdi təhsilə cəlb oluna bilirlər:

“Görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanda şagirdlərin məktəbdən yayınması halları ayrı-ayrı faktlar olsa da, kütləvi xarakterdə deyil. Son statistik məlumatlara görə, ölkə üzrə məktəbdən yayınma halları 0,3 faiz (4602 nəfər) təşkil edib. Məktəbdən yayınma ilə bağlı mövcud olan hallarla bağlı araşdırma göstərir ki, daha çox bəzi valideynlərin öz övladlarının təhsilinə səhlənkar yanaşması ilə bağlıdır. Faktlardan aydın olur ki, belə valideynlər uşaqlarını məktəbdən yayındıraraq təsərrüfat işlərinə cəlb edirlər. Uşaqların məktəbdən yayınmasının səbəblərindən biri kimi, erkən nikahları da göstərmək olar”.

Bildirlib ki, maddi ehtiyacı olan ailələrə hər il Heydər Əliyev Fondu tərəfindən böyük dəstək göstərilir. İmkansız ailələrin övladları məktəbli forması, çanta və zəruri ləvazimatlarla təmin edilir: “ Bununla yanaşı, imkansızlıq səbəbindən övladlarını məktəbə göndərə bilməmək barədə valideynlər tərəfindən daxil olan müraciətlərə Təhsil Nazirliyində də diqqətlə yanaşılır. Müraciətlər daha çox məktəbli formasının alınması ilə bağlı olmuşdur və bu müraciətlər müvafiq təşkilatlarla birgə əməkdaşlıq nəticəsində müsbət həll olunmuşdur. Yerli icra hakimiyyətləri də bu məsələdə valideynlərə müvafiq köməklik göstərirlər”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024