Mobil versiya
"Sevgililər Günü" ilə bağlı kampaniyaya başladı
Tarix: 14-02-2017 | Saat: 14:45
Bölmə:Gündəm | çapa göndər

"Sevgililər Günü" ilə bağlı kampaniyaya başladı

Bakı Şəhər Halqası (BŞH) “Sevgililər Günü” münasibətilə yeni kampaniyaya start verib.

Bu barədə BŞH-dən AİA.az-a verilən məlumatda bildirilir.

“Birini alana, o biri yarı qiymətə” şüari altında keçirilən kampaniya çərçivəsində azarkeşlərə 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri yeni qiymətə təklif olunur və bu əlamətdar günlə əlaqədar olaraq Formula 1 həvəskarlarını yeni hədiyyələr gözləyir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilin ən romantik günü olan “Sevgililər Günü”nü yeni kampaniya ilə qeyd edir. Belə ki, bu yay Bakıda baş tutacaq 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün 4 günlük biletlərdən birini alan yarış həvəskarları ikinci bileti yarı qiymətə əldə edə biləcək.

Kampaniya fevralın 28-dək davam edəcək və bu tarixdən sonra biletlər tam qiymətlərlə satışda olacaq. Kampaniya sadəcə tribuna üçün olan 4 günlük biletlərə aiddir (əsas tribuna olan Abşeron tribunası xaric olmaqla) və “Azyaşlı” biletləri və ya birgünlük biletlərə tətbiq olunmayacaq. Bu biletləri əldə edənlər 2017 Formula Azərbaycan Qran Prisi zamanı həftəsonunun hər üç günündə baş tutacaq yarışları izləməklə yanaşı trekdən kənarda keçiriləcək əyləncə tədbirlərində və eyni zamanda cümə axşamı günü, 22 iyun tarixində olacaq Pit Yolu Yürüşündə də iştirak edə biləcəklər. Qeyd edək ki, kampaniya çərçivəsində ikinci biletə təklif olunan 50 %-lik endirim alınan biletlərdən qiyməti ən az olana tətbiq olunacaq.

Bundan başqa, əməliyyat şirkəti kampaniya çərçivəsində 14 fevral tarixində onlayn bilet alanlar arasında lotereya çəkilişi edəcək. Çəkilişə əsasən “Sevgililər Günü” kampaniyası ilə əlaqədar olaraq bilet alan hər 14 nəfərdən biri seçiləcək və ilk beş alıcı (14, 28, 42, 56 və 70-ci alıcılar) hədiyyələrlə mükafatlandırılacaq. Hədiyyə paketinə iki nəfər üçün 4 ulduzlu hoteldə 4 gün gecələmək, alınan biletlərə əlavə olaraq pulsuz 1 bilet və Bakının möhtəşəm restoranlarından birində ikinəfərlik şam yeməyi daxildir.

Qeyd edək ki, “Sevgililər Günü” kampaniyası bu gündən etibarən keçərlidir və biletləri BŞH-nın rəsmi veb səhifəsindən (www.bakucitycurcuit.com/az) əldə edə bilərsiniz.

Bu möhtəşəm kampaniyadan əlavə olaraq, iyun ayında keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün müxtəlif bilet seçimləri, o cümlədən bir və ikigünlük biletlər (qiyməti müvafiq olaraq 70-125 AZN və 180-440 AZN arasında dəyişir və xarici valyuta ilə ödəniş edənlər üçün bu qiymət həmin günün məzənnəsinə görə hesablanacaq), 2-15 yaşlarında olan tamaşaçılar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli “Azyaşlı” biletləri və birgünlük Ayaqüstü Yerlər üçün olan biletlər Formula 1 azarkeşlərinə təklif olunur.

Bakıda keçiriləcək növbəti Formula 1 yarışı 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq. Paytaxtın gözoxşayan mərkəzi küçələrində dünyanın ən sürətli avtomobillərinin gərgin mübarizəsinə yenidən şahid olmaq üçün 5 aydan az vaxtın qaldığı bir ərəfədə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün Formula 1 azarkeşlərinə müraciəti belədir: Mümkün qədər biletinizi tez alın və 2017-nin yayında Bakıda bizimlə birlikdə olmağa tələsin!

Yarış üçün bilet almaq və Bakıya səfəri indidən planlaşdırmaq barədə ətraflı məlumatı rəsmi veb səhifəmizdən əldə edə bilərsiniz: www.bakucitycircuit.com/az

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024