Mobil versiya
"Fransaya etirazımızı bildirməliyik"
Tarix: 14-02-2017 | Saat: 14:42
Bölmə:Siyasət / Karusel | çapa göndər

"Fransaya etirazımızı bildirməliyik"

“Fransa prezidenti Fransua Ollandın erməni diaspor nümayəndələri ilə görüşdə səsləndirdiyi “Xalqlar öz müqəddəratını həll etməlidir” ifadəsi ermənilərin işğalçılıq siyasətinə xidmət edir".

AİA.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkil Azay Quliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı Fransaya nota verməlidir: “Bu cür hallar dəfələrlə baş verib. Fransanın münaqişə ilə bağlı sərgilədiyi mövqe həmişə erməniləri dəstəkləmək olub. Bu gün separatçı rejimlə ən çox əlaqə quran Fransadır. Buna görə Fransaya etiraz notası göndərilməlidir. Onun daşıdığı mandata uyğun olmadığı qeyd olunmalıdır. Bizim XİN bu məsələyə adekvat cavab verməlidir. Azərbaycan olaraq Fransaya öz etirazımızı bildirməliyik”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, Fransan prezidentinin fikirləri təhrif olunub: “Fransa Prezidentinin çıxışı tam yazılmayıb. Onun dedikləri erməni mətbuatından götürülüb, bu da təhrifdən ibarətdir. Səməd Seyidova göstəriş verdim, bununla bağlı araşdırma apardı, çıxışın tam yazılmadığı öz əksini tapdı”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024