Mobil versiya
“Buna görə “Qarabağ”ı udmalıyıq” - Ozobiç
Tarix: 13-02-2017 | Saat: 13:53
Bölmə:İdman | çapa göndər

“Buna görə “Qarabağ”ı udmalıyıq” - Ozobiç





Topaz Premyer Liqasının XVIII turunda baş tutan "Zirə" - "Qəbələ" oyunu 2:2 hesablı bərabərliklə başa çatıb.

Oyundan sonra "qırmızı-qaralar"ın futbolçusu Filip Ozobiç əməkdaşımızın suallarını cavablandırıb:

- Oyun haqqında fikirləriniz...

- Qələbə qazanmağa yaxın olsaq da, son anda qələbəni əldən verdik. Artıq bu oyun geridə qaldı və bunu unutmalıyıq. Qarşıda “Qarabağ”la çətin oyunumuz var və çempionluq uğrunda əsas rəqibimizi Qəbələdə məğlub etməliyik.

- Qələbə qazanmaq üçün nə çatmadı?

- Bunu deyə bilmərəm. Sadəcə, hesabda 2 dəfə önə çıxdıqdan sonra qol buraxmaq olmaz. Bu, yolverilməzdir. Bu oyunda şans bizim tərəfə deyildi, çox uğursuzluq yaşadıq.

- Son dəqiqələrdə qol buraxmağınız nədən xəbər verir? Bəlkə müdafiədə boşluqlar var...

- Xeyr. Belə hallar baş verir. Bizə növbəti oyuna hazırlaşıb qələbə qazanmaq lazımdır.

- “Zirə”nin futbolçuları bərabərlik qolunu vuranda elə sevinirdilər ki, sanki çempion olmuşdular. Bu, nə ilə əlaqədar ola bilər?

- Düzü, bu barədə heç nə bilmirəm. Əlbəttə, rəqib futbolçuları xal qazandıqları üçün, yaxşı mübarizə apardıqları üçün sevinirdilər. Ancaq niyə bu formada sevindiklərini bilmirəm. Bu gün bizimlə görüşə çox, həddindən çox istəkli çıxmışdılar. Ola bilsin ki, son saniyələrdə vurduqları qola görə bu qədər sevincli idilər.

- Matçın baş hakimi müdafiəçiniz Rasim Ramaldanovu qovdu. Rasimə ikinci sarı vərəqənin göstərildiyi epizod haqda nə deyə bilərsən?

- Mən hakimlər və hakim idarəçiliyi haqda danışmaq istəmirəm. Epizodu necə görübsə, ona uyğun qərar verib.

- Ramaldanov cəzalı duruma düşdü. Vernidubla Rafael Santos isə zədə səbəbindən “Qarabağ”la oyunda komandaya kömək edə bilməyəcəklər. Bu durum sizin işinizi çətinə salmayacaq?

- Müdafiə mövqeyində oynaya biləcək futbolçularımız var. Görək, baş məşqçimiz nə qərar verəcək, hansı futbolçulara güvənəcək.

- “Qarabağ”la oyunu “Qəbələ” üçün çempionluq yolunda həlledici qarşılaşma hesab etmək olar?

- Bizim qarşıda bir neçə oyunumuz var. Amma əlbəttə, “Qarabağ”ı məğlub etmək istəyirik.

- Ancaq məğlub olsanız, xal fərqi 6 olacaq...

- Razıyam. Buna görə də “Qarabağ”ı məğlub etmək istəyirik. Görək, necə olacaq. Düşünürəm ki, qələbə qazanmaq şansımız var.

- Artıq aktivinizdə 10 qol var. Bombardirlik şanslarınız barədə nə deyə bilərsiniz?

- Əlbəttə, bu, sevindirici haldır. Amma mən özümün yox, “Qəbələ”nin birinci yerdə olmasını istəyirəm. (QAFQAZİNFO0)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024