Mobil versiya
“İlin oyunu demək olmaz” - Cavid Hüseynov
Tarix: 13-02-2017 | Saat: 13:46
Bölmə:İdman | çapa göndər

“İlin oyunu demək olmaz” - Cavid Hüseynov






Topaz Premyer Liqasının XVIII turunda baş tutan "Zirə" - "Qəbələ" matçı bərabərliklə başa çatıb - 2:2.

Bu oyun "Qəbələ"nin futbolçusu Cavid Hüseynov üçn əlamətdar olub. O, uzun müddətdən sonra komandasını start heyətdə kapitan kimi meydana çıxarıb.

Matçdan sonra əməkdaşımızın suallarını cavablandıran Hüseynov fikirlərini bildirib:

- Son dəqiqələrdə nə baş verdi?

- 10 nəfərlə qalmışdıq. Bilirdik ki, ağır keçəcək. Çətin səfər olacağı məlum idi. "Zirə" də yaxşı hazırlaşmışdı. Öz səhvlərimizdən xal itirdik. Hər iki qolu standart vəziyyətdən buraxdıq.

- "Zirə" son saniyədə hesabı bərabərləşdirəndə çempion komanda kimi sevinirdi. Bu, diqqətinizi cəlb etmədi?

- İndi bunu siz dediz mənə. Heç bu haqda danışmaq da istəmirdim. Sadəcə olaraq deyim ki, hesab heç-heçə başa çatıb. Amma "Zirə"nin soyunub-geyinmə otağında elə səs-küy var ki, elə bil çempion olublar. "Zirə"ni təbrik edirəm. Həqiqətən də hamı gördü bu sevinci. Mən bu haqda çox danışmayacam. Özünüz qiymət verin.

- "Zirə"nin son oyununu izləmişdiz?

- Bəli, təzə legionerləri də var. Çətin olacağını bilirdik. Ciddi hazırlaşmışdıq.

- Ötən oyunla fərqləri var idi?

- Əlbəttə var idi. Onu adi adam da hiss edirdi. "Zirə" meydanda can qoydu. Rəqibi bir daha təbrik edirəm.

- Rasim Ramaldanovun qırmızı vərəqə alması haqda nə söyləyə bilərsən?

- Rasimin debütü idi. Pis oynamırdı, yaxşı təsir bağışlayırdı. Belə hallar da baş verir. İnanıram ki, onun üçün bundan sonra yaxşı olar.

- Növbəti oyun "Qarabağ"a qarşıdır. İlin oyunu demək olar?

- İlin oyunu demək olmaz. Digər oyunlara hazırlaşdığımız kimi hazırlaşacağıq. Xüsusi əhəmiyyət daşımır.

- Uduzsaz, fərq 6 xal olacaq...

- Olsun da, burda nə problem var ki.

- Aradan qaldıra biləcəksiz?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Çempionluğa oynamırıq. Çempionatın sonunda nə olar, olar.

- Səncə, "Qarabağ"a qarşı oyunda baş hakim kim olmalıdı?

- O qədər hakim səhvləri olur ki... Fərqi yoxdur. Kim olursa, olsun.

- Məlum hadisələrdən sonra ilk dəfə start heyətdə komandanı oyuna kapitan kimi çıxardın. Son dəfə "Apollon"la oyunda kapitan kimi çıxarmışdın komandanı... Necə hisslər idi?

- O vaxtkı hisslər tam başqa idi. İndi isə tam başqa. Mənim üçün əsas kapitanlıq deyil, göstərdiyim oyundur. Təbii ki, komandamın da uğuru.
(qafqzinfo0)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024