Mobil versiya
Şıxlinskaya ittihamlara cavab verdi - “500 milyonum olsa, nə dərdim?”
Tarix: 13-02-2017 | Saat: 13:43
Bölmə:Seçilənlər-4 | çapa göndər

Şıxlinskaya ittihamlara cavab verdi - “500 milyonum olsa, nə dərdim?”






Xalq artisti Leyla Şıxlinskaya adının dələduzluqda hallanması barədə yayılan xəbərlərə münasibət bildirib.

"AİA.AZ" xəbər verir ki, məşhur aktrisa, "Leyla Şıxlinskaya" klinikasının baş həkimi “Qafqazinfo”ya açıqlamasında qalmaqallı evin ona məxsus olmadığını söyləyib.

Xalq artisti deyib ki, 7-8 il bundan əvvəl həmin məkanda sadəcə olaraq balet məktəbi açmaq istəyib:

“Hər şey tamamilə yalandır. Heyfslənirəm ki, heç kəs mənimlə əlaqə saxlamadı, məsələnin doğrusunu dəqiqləşdirmədi. Rusiya mətbuatında ora ev kimi qeyd edilsə də, əslində atılmış bir çardaqdır. Oranı almamışam, heç kimə pul verməmişəm. Ümumiyyətlə, bu söhbətin tarixi 7-8 ilə dayanır. Yazılan kimi ora mənim olsaydı, niyə həmin çardağı xaraba kimi saxlayım? Mən foto-model deyiləm ki, adımı bu cür xəbərlərdə hallandırırlar? Mötəbər şəxsəm, adım-sanım var. İşlərim ortadadır, belə şeylər olanda mənə zəng vursunlar.

Ola bilər ki, hansısa sənəddə adım hallana... Çünki, 7-8 il əvvəl ora ilə maraqlanırdım. Uşaqlar üçün balet məktəbi açmaq istəyirdim. Amma vasitəçilər mənə dedilər ki, hər gün orada olmalıyam, həmçinin məbləği çardağın dəyərindən çox demişdilər. Mən də söylədim ki, gücüm çatmaz. Hələ ora ilə maraqlananda qonşular sevindi, dedilər ki, alın. Çardaq pis vəziyyətdədir, suyu başımıza tökülür. Təmir etsəz biz də sevinərik. 500 milyon rublum ( 15 milyon manat) olsa, nə dərdim? Bu məbləğ məndə nə gəzir?”

Xatırladaq ki, Rusiyanın life.ru xəbər saytı Moskvanın mərkəzində olan evin bir neçə sahibi olduğunu yazıb. Onlar arasında L. Şıxlinskayanın da adı qeyd edilib.

Yerli KİV isə xalq artistinin dələduzluqda ittiham edildiyini yazmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024