Mobil versiya
"Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ortalarında istismara veriləcək"
Tarix: 12-02-2017 | Saat: 12:48
Bölmə:Karusel | çapa göndər

"Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ortalarında istismara veriləcək"







Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ortalarında istismara veriləcək.
Aia.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Qarsda QHT təmsilçiləri ilə görüşdə bildirib.

Ə. Arslan qarlı havaların işləri müəyyən qədər ləngitdiyini söyləyib: "Mart-aprel aylarında gərgin işləməklə dəmir yolunu test mərhələsinə gətirib çıxaracağıq. İnşaallah, bu ilin ortasında da bölgə və bizim üçün önəmli Bakı-Tbilisi-Qars dəmir yolu açılacaq. Qarsda tikilməsi nəzərdə tutulan lojistik mərkəz də Bakı-Tbilisi-Qars dəmir yolunun davamıdır. İkinci mərhələdə İğdır üzərindən Naxçıvana, İrana, Pakistana, hətta Hindistana qədər uzanacaq dəmir yolu layihəsinin həyata keçirilməsini önəmli sayırıq və bunun üzərində çalışırıq".

Ə.Arslan Türkiyə-Ermənistan sərhədlərinin qapalı olmasına da toxunub: "Əgər Ermənistan işğala son qoyub, Azərbaycanla münasibətlərini normallaşdırarsa, sərhədlər o zaman açılar. Ona görə də hazırda Gürcüstanla sərhəddəki Aktaş sərhəd-keçid məntəqəsi bizim üçün çox önəmlidir. Gürcüstan istiqamətində bir tunelimiz var, onun da inşaatına başlamışıq və ilin ortalarında inşaatı başa çatdıracağıq. Biz Qarsı yollarla ətraf coğrafiya ilə birləşdirəcəyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024