Mobil versiya
Ramil: "İnandırdılar, səbirsizliklə gözləyirəm"
Tarix: 11-02-2017 | Saat: 11:52
Bölmə:İdman | çapa göndər

Ramil: "İnandırdılar, səbirsizliklə gözləyirəm"








Azərbaycan milli komandasının və Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Ramil Şeydayev Slovakiyanın "Jilina" klubuna keçidi ilə bağlı fikirlərini bildirib.

Aia.Az Report-a istinadən xəbər verir ki, o, yeni komandaya keçidinə görə sevindiyini və mütəmadi oynamaq üçün yaxşı seçim olduğunu bildirib.

"Keçidimə sevinirəm. Mənim üçün yaxşı seçimdir, bu mütəmadi olaraq oynamaq və öz komandama fayda vermək üçün bir fürsətdir. Mən "Trabzonspor"un slovakiyalı legionerləri Matuş Bero və Yan Dürits ilə danışdım və onlar məni inandırdılar ki, "Jilina" böyük klubdur və mənə uyğundur.
Ümid edirəm ki, biz birlikdə həm çempionatda, həm də avrokuboklarda qələbə qazana biləcəyik. İlk təəssüratlarım çox yaxşıdır. Yeni klubda oynamağa başlamaq imkanımı səbirsizliklə gözləyirəm", - deyə "Jilina"nın rəsmi saytı Şeydayevin sözlərini sitat gətirib.

Azərbaycan futbolçusu Slovakiyada icarə əsasında oynayacaq və onunla müqavilə 2018-ci ilin yayına qədər nəzərdə tutulub.


Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024