Mobil versiya
Xaçmazda ata oğlunun evini yandırdı
Tarix: 21-09-2015 | Saat: 12:39
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanın Xaçmaz rayonunun Qusarçay kəndində yanğın hadisəsi baş verib.

Aia.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini Xalid Yusifova məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 15 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Ev sahibi hadisənin qəsdən törədildiyini iddia edir. Onun sözlərinə görə, bir neçə gün əvvəl atası ilə aralarında mübahisə yaranıb. Bir gün sonra isə ev yandırılıb.

Hadisə yerinə Xaçmaz-rayon Polis Şöbəsinin əməkdaşları da baxış keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024