Mobil versiya
Polis rəisi evi yarılan jurnalisti qəbul edib
Tarix: 10-02-2017 | Saat: 19:14
Bölmə:Cəmiyyət | çapa göndər

Polis rəisi evi yarılan jurnalisti qəbul edib




Evi qarət olunan tanınmış jurnalist Bahar Rüstəmlinin polis bölməsində ifadəsi alınıb.

aia.az BakiPost.az-a istinadən məlumatına görə, bu barədə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, fevralın 9-da axşam saat 7:00 radələrində Binəqədi rayon 4-cü Polis bölməsinə dəvət olunub: "Şəxsən bölmənin rəisi Etibar Balakişiyev məni qəbul elədi. Baş vermiş hadisə ilə bağlı məlumat verdim. Orada mənə hadisə ilə bağlı cinayət işinin açıldığını və şahidlərin dindirilməsinə başlanılacağını bildirdi”.

B.Rüstəmli oradan bir başa bölmənin xüsusi əməliyyat qrupun 3 üzvü və sahə inspektoru ilə birlikdə hadisə yerinə getdiklərini vurğulayıb: "Ekspertiza üçün lazımı materiallar götürüldü. Əməliyyat qrupunun üzvləri cinayət işinin tez bir zamanda açacaqlarına dair ciddi iş aparıldığını bildirdilər.”

Xatırladaq ki, fevralın 8-də jurnalist, aznews.az saytının əməkdaşı Bahar Rüstəmlinin evi qarət olunub. Hadisə zamanı evə girən naməlum şəxslər jurnalistə məxsus təxminən 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024