Mobil versiya
Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz
Tarix: 10-02-2017 | Saat: 18:07
Bölmə:Media | çapa göndər

Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz







Kickstarter və Indiegogo platformasında Skinners adlı dünyanın ən möhkəm corabları üçün vəsait toplanmağa başlayıb.İstehsalçıların sözlərinə görə Skinners sahibləri artıq heç bir ayaqqabıya ehtiyac duymayacaq.

Bu qeyri-adi corablardan küçədə gəzərkən, yüngül atletika ilə məşğul olarkən, eyni zamanda, idman zalında istifadə etmək mümkündür. Onların sirri rezinə bənzər alt hissəsinin inanılmaz dərəcədə sərt olmasıdır. İstehsalçılar öz ixtiralarının doğruluğunu sübüt etmək üçün konstruktor və şüşə qırıntıları üzərində yeriyərək təcrübə keçiriblər.

Corabın başqa üstün xüsusiyyətlərindən biri də çəkisinin çox az olmasıdır. Belə ki corabın çəkisi cəmi 80 qramdır. Digər adi corablar kimi Skinners-ə də istədiyiniz formanı verib və istədiyiniz şəkildə qatlaya bilərsiniz.

Onu da qeyd edək ki, Skinnersin istehsalçıları ideyanın inkişafı üçün 10.000 dollar məbləğin kifayət etdiyini bildirsələr də, toplanılan məbləğ 654.000 dollardı. Corabların ilk seriyası avqust ayından satışa çıxarılacaq.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin.

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024