Mobil versiya
Adət dəyişilmədi, cehizlər isə...
Tarix: 10-02-2017 | Saat: 13:09
Bölmə:Media | çapa göndər

Adət dəyişilmədi, cehizlər isə...








Cehiz, xalqımızın qədim adətlərindəndir. Hətta elə bölgələrimiz var ki, qız uşağı doğulan gündən valideynlər onun üçün cehiz yığmağa başlayırlar. Bu adətin yaranmasından əsrlər ötsə də, qızlarımız hələ də ər evinə cehizsiz köçmürlər. Amma illər bu adəti də dəyişdirib. Dəyişiklik adətlə yox, verilən cehizliklərlə bağlıdır. Yəni cehizin tərkibi dəyişib.

"AİA.AZ" Xezerxeber.az-a istinadən məlumat verir ki, yun çırpmaq, saysız qab-qacaq yığmaq, evi əşya ilə doldurmaq adəti unudulmaq üzrədir.

Adət hələ də qalsa da, cehiz verilən əşyalar yerlərini müasir olanlarına verib. İndi gəlin köçən qızın cehizini paltaryuyan, qabyuyan, ət və sokçəkən kimi məişət əşyalarsız təsəvvür etmək olmur.

Müasir çarpayılar döşək sırımaq adətini də getdikcə unutdurur. Xüsusilə də şəhər yerlərində döşəyə maraq azalıb.

Əvvəllər klassik qab-qaşıq dəbdə idisə, indi rəngarəng olanları gündəmdədir. Mebelin vitrininə çoxlu qab yığmaq modası da dəbdən düşüb. Artıq bahalı şkaflara az sayda qab-qaşıq düzülür. Gəlin köçən qıza istifadə edəcəyindən çox daha artıq cehiz vermək adəti də tarixə qovuşur.

Qeyri-adi üslubda hazırlanan çilçıraqlar isə müasirlikləri ilə klassik olanlarını geridə qoyur.

Qarabağ, Gəncə, Qazax və Qubanın məşhur xalçalarına da maraq azalıb. İndi cehizdə rəngli kilimlər üstünlük təşkil edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024