Mobil versiya
“Azərişıq” hesabat yaydı
Tarix: 10-02-2017 | Saat: 12:55
Bölmə:Seçilənlər | çapa göndər

“Azərişıq” hesabat yaydı







“Azərişıq” ASC 2015 - 2016-cı illərdə keçirilən layihələr barədə hesabat yayıb.

Bu müddət ərzində 69 ədəd yarimstansiya tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Bundan başqa, 2.300 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.

İstismar müddəti başa çatan ağac dayaqlar dəmir və dəmir beton dayaqlarla əvəzlənib. Uzun illər istismar edilən 230 minə yaxın ağac dayaqlar yenilənərək dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib.

27 700,4 km hava xətləri əsaslı təmir olunub və 500 000 – dən artıq müasir sayğac quraşdırılıb. Görülən işlərin nəticəsi olaraq, ümumilikdə, ölkə üzrə 500 000 – dən çox abonentin, yəni 2,5 milyona yaxın əhalinin enerji təminatı yaxşılaşdırılıb.

Son olaraq qeyd edək ki, iki ildən artıqdır, “ASAN Xidmət”lə sıx əməkdaşlıq edir və “ASAN Kommunal” mərkəzləri ilə birgə fəaliyyət göstərir. (qafqazinfo)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024