Mobil versiya
Sərhəd Xidmətinin səlahiyyətləri artırılır
Tarix: 10-02-2017, 12:45 | Saat: 15:47:00
Bölmə:Seçilənlər | çapa göndər

Sərhəd Xidmətinin səlahiyyətləri artırılır




“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlara dəyişiklik edilir.

“AİA.AZ” Trend-ə istinadən xəbər verir ki, dəyişikliklər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirə edilib.

“Dövlət sərhədi haqqında” qanunun 12-ci maddəsinin ikinci və üçüncü hissələri yeni redaksiyada verilir. Dəyişikliklərə görə, nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının və ya əməliyyat-axtarış, kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətinin iştirakı ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və ya dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə onlar sərhəd qoşunlarının tələbi ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar.

Şəxslərin Azərbaycanın dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə sərhəd qoşunları ölkəmizin dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müəyyən edilmiş qaydada baxış keçirirlər.

Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, bununla bağlı həmçinin “Sərhəd qoşunları haqqında” qanununda da müvafiq düzəlişlər edilib. Düzəlişlərə əsasən, sərhəd qoşunlarının vəzifə və hüquqları daha da genişləndirilib. Onlar yuxarıda qeyd olunan hallarda dövlət sərhədinin buraxılış məntəqələrindən kənarda qeyri-qanuni hərəkətlərin qarşısının alınmasını təmin etməli və bunun üçün müvafiq tədbirlər görməlidirlər.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.



51 562 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30