Mobil versiya
Lapşin üçün boğazını yırtanlar Dilqəmi heç yada salmaq istəmirlər
Tarix: 09-02-2017 | Saat: 19:19
Bölmə:Karusel | çapa göndər

Lapşin üçün boğazını yırtanlar Dilqəmi heç yada salmaq istəmirlər




"Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya olunması ilə bir daha əmin olduq ki, prezident İlham Əliyevin dünya siyasətçiləri içərisindəki şəxsi nüfuzu Azərbaycanın bir çox məsələlərində öz sözünü deyir. Bu, birmənalıdır və vacib faktordur. Bu məsələ bir daha göstərdi ki, prezident İlham Əliyev milli maraqlar naminə qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran, beynəlxalq arenada effektli siyasət yürüdən, böyük hörmət və nüfuza malik siyasi liderdir".



Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə heyətinin üzvü Rövşən Rzayev Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş və ölkəmizin əleyhinə çağırışlar etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsinə münasibətində deyib.



Millət vəkili qeyd edib ki, Lapşinin Azərbaycana təhvil verilməsi həm də Azərbaycanla Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir:



"Ayrı-ayrı ölkələrin, siyasi dairələrin bütün təzyiq və təhdidlərinə baxmayaraq, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə aldı, qəti və obyektiv qərar qəbul edərək A.Lapşinin Azərbaycana ekstradisiyası üçün ciddi siyasi iradə nümayiş etdirdi".



Lakin R.Rzayevin fikrincə, Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunmasına daha çox hüquqi müstəvidə qiymət vermək lazımdır: "Biz Belarus prezidentinin və hüquq-mühafizə orqanlarından beynəlxalq hüququn prinsiplərinə ədalətli, hörmətlə yanaşma nümunəsini gördük. Əgər digər dövlətlər də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn prinsiplərinə bu cür diqqət yetirsəydilər, siyasəti yox, hüququn aliliyini üstün tutsaydılar, Azərbaycanın canı bir çox bəlalardan qurtarardı və Ermənistanın işğalçı siyasəti indiyədək davam etməzdi. Lakin təəssüflər olsun ki, bu gün beynəlxalq hüquq beynəlxalq hüquqsuzluğa uduzur. Amma Lapşinlə bağlı məsələdə gördük ki, əgər düzgün yanaşma olsa, bu, həyata keçə bilər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal altında olması, Ermənistanın və separatçı rejimin oranı işğalı davam etdirməsi, dünyanın bəzi aparıcı ölkələrinin də onlara müxtəlif formalarda dəstək verməsi təəssüf doğurur. Mən tərəfdarıyam ki, bloqer Aleksandr Lapşindən başqa işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər etmiş və ya bundan sonra edəcək şəxslərin əməllərinə də hüquqi müstəvidə qiymət verilsin, onlar da İnterpol xətti ilə axtarılaraq məsuliyyətə cəlb edilsinlər".



Qarabağ icmasının üzvü Rusiyanın məsələyə yanaşmasını da tənqid edib: "Maraqlıdır ki, Rusiyanın rəsmi orqanları ən yüksək səviyyədə Aleksandr Lapşinin saxlanılaraq Azərbaycana təhvil verilməsinə dərhal əks-reaksiya verdilər. Amma digər Rusiya vətəndaşı Dilqəm Əsgərovun Azərbaycan vətəndaşı olan dostu Şahbaz Quliyevlə birgə ermənilər tərəfindən işğal altındakı ərazilərdə qeyri-qanuni saxlanmasına, onlara işgəncələr verilməsinə və qondarma məhkəmə quraraq hökm oxunmasına laqeyd qalırlar. Lapşin üçün boğazını yırtanlar Dilqəmi heç yada salmaq istəmirlər. Bu, ikili standartların bariz nümunəsidir. Mən hər bir insana qanun, hüquq çərçivəsində yanaşılmasının tərəfdarıyam. Həm Lapşinin hərəkətlərinə, həm də Şahbazla Dilqəmin ermənilər tərəfindən qanunsuz saxlanmasına hüquqi qiymət verilməlidir".

İlkin İzzət



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024