Mobil versiya
Baş Prokurorluqdan A.Lapşinin Rusiya səfirliyinin əməkdaşları ilə görüşü barədə AÇIQLAMA
Tarix: 09-02-2017 | Saat: 19:05
Bölmə:Gündəm | çapa göndər

Baş Prokurorluqdan A.Lapşinin Rusiya səfirliyinin əməkdaşları ilə görüşü barədə AÇIQLAMA





Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

aia.az Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, təqsirləndirilən şəxs A.Lapşin beynəlxalq qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasına ekstradisiya olunduqdan dərhal sonra - fevralın 8-də Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə rəsmi məlumatlar təqdim edilib.

Fevralın 8-də cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada təqsirləndirilən şəxs A.Lapşinin hüquqi yardım almaq və müdafiə hüququ tam təmin edilərək müdafiəçi və tərcüməçinin iştirakı ilə ona ittihamlar elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.

A.Lapşin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilib və praktiki sağlam hesab edilməklə hər hansı müalicəyə zərurət yaradan patologiya aşkar olunmayıb.

Konsulluq əlaqələrinə dair Vyana Konvensiyasının tələblərinə əsasən, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciəti ilə əlaqədar fevralın 9-da təqsirləndirilən şəxs A.Lapşinin səfirlik əməkdaşları ilə görüşü təmin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024