Mobil versiya
“Azarkeşlər məmnun qalacaq”
Tarix: 09-02-2017 | Saat: 14:10
Bölmə:İdman | çapa göndər

“Azarkeşlər məmnun qalacaq”




Sabah Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "İnter"lə qarşılaşacaq “Neftçi”nin yeni transferi Pavel Dreksa klubun saytına fikirlərini bildirib.

Çexiyalı futbolçu bu oyunda 3 xal qazanmalı olduqlarını deyib:
“Bu oyun bizim üçün çox vacibdi. Çünki 3 xal qazanmalıyıq. Ümid edirəm ki, buna nail olacağıq. İnanıram ki, yaxşı oyun göstərəcəyik və azarkeşlərimiz bizdən məmnun qalacaqlar.

Artıq komandaya uyğunlaşmışam. Bu, həm mənim, həm də komanda yoldaşlarım üçün yaxşıdı. Çünki belə olan halda ən yaxşı oyununu sərgiləyə bilirsən. İnanıram ki, “İnter”lə oyunda bu öz nəticəsini göstərəcək”.

Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu sabah saat 17:30-da başlayacaq. (qafqazinfo0)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024