Mobil versiya
İran yenə ballistik raket sınağı keçirib
Tarix: 09-02-2017 | Saat: 13:50
Bölmə:Gündəm | çapa göndər

İran yenə ballistik raket sınağı keçirib




İran hərbçiləri daha bir ballistik raket sınağı keçirib.

Bu barədə Fox News məlumat yayıb.

Kanalın məlumatına görə, sınaq fevralın 8-də baş tutub. Yeni raket yaxın məsafəli hədəflərin vurulması üçün nəzərdə tutulur. "Yer-hava" sinfinə daxil olan raket 56 kilometr uçduqdan sonra düşüb.

Qeyd edək ki, yanvarın 29-da Tehranın 225 kilometr aralıda, Semnan şəhərində raket sınağı keçirilimişdi. Raket 966 km uçduqdan sonra partlamışdı.

Xatırladaq ki, 2015-ci ilin iyulunda BMT ilə bağlanmış razılaşmaya əsasən İran ballistik raket sınağı keçirə bilməz.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024