Mobil versiya
Əli Həsənov tapşırıq verdi
Tarix: 09-02-2017 | Saat: 12:11
Bölmə:Siyasət | çapa göndər

Əli Həsənov tapşırıq verdi







Baş nazirin müavini Əli Həsənovun sədrliyi ilə Dövlətqaçqınkomun əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanından və “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamından irəli gələn vəzifələrin hal-hazırda icra vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini bildirib ki, məcburi köçkünlərin sıx məskunlaşma obyektlərində sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir.

Müşavirədə göstəriş verilib ki, Komitənin bütün işçiləri tərtib edilmiş bölgü qrafikinə uyğun olaraq Bakı şəhərinin 11 rayonunda hər gün günün birinci yarısında sayğaclar qoyulan obyektlərdə yerli icra hakimiyyətləri və işğal olunmuş rayonların icra hakimiyyətlərinin işçiləri ilə birlikdə olmalı, izahat işləri aparmalı və məcburi köçkünlərin suallarına aydınlıq gətirilməlidir.

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan ailələrin köçürülməsi ilə bağlı məsələlərə toxunan Əli Həsənov deyib ki, artıq müvafiq layihələndirmə işlərinə başlanılıb. (qafqazinfo)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024