Mobil versiya
DİN Mehmanı məhkəməyə verdi - Həbsini istəyir
Tarix: 09-02-2017 | Saat: 12:06
Bölmə:Gündəm | çapa göndər

DİN Mehmanı məhkəməyə verdi - Həbsini istəyir






Daxili İşlər Nazirliyi bloqqer Mehman Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

E.Sadıqov bildirib ki, nazirlik M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib: “Şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır”.

Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirib ki, DİN M.Hüseynovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148 –ci (təhqir) maddələri ilə ittiham olunmasını istəyib.

Məhkəmə hazırlıq iclası fevralın 10-na təyin olunub. Vəkil qeyd edib ki, şikayət ərizəsi onlara verilmədiyi üçün iclasın təxirə salınmasını istəyəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024