Mobil versiya
Tələbə qız buzadırmanma üzrə çempionatda uğur qazanıb
Tarix: 08-02-2017 | Saat: 12:38
Bölmə:İdman | çapa göndər

Tələbə qız buzadırmanma üzrə çempionatda uğur qazanıb





Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən buzadırmanma üzrə X açıq Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan ikigünlük yarış oğlanlar və qızlar arasında keçirilib. Çempionatda çətinlik mərhələsi üzrə təsnifat yarışını müvəffəqiyyətlə başa vuran idmançılar yarımfinala vəsiqə qazanıblar. Daha sonra final mərhələsi keçirilib.

Qızların yarışında fərqlənənlər arasında Qərb Universitetinin tələbəsi də olub. Belə ki, tələbəmiz, Qərb Universiteti İdman Klubunun üzvü Fidan Novruzova üçüncü yerə layiq görülüb.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, FAIREX-in kubok və medalları təqdim olunub. (Qafqazinfo)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024