Mobil versiya
17 gündən sonra meyiti tapıldı
Tarix: 08-02-2017 | Saat: 12:34
Bölmə:Cəmiyyət | çapa göndər

17 gündən sonra meyiti tapıldı







Bu gün səhər saatlarında Qusar rayonunun Həzrəoba kəndinin ərazisində sakinlərin taxıl sahələrinin yaxınlığında olan su arxında qadın meyiti tapılıb.

"AİA.AZ" AzNews.az-a istinadən xəbər verir ki, hadisə yerinə Qusar polisinin əməliyyatçıları və prokurorluq əməkdaşları gəliblər. Polisin araşdırması nəticəsində məlum olub ki, tapılan qadın meyiti Xaçmazın Taqıroba kənd sakini Səmayə Həmdulla qızı Əhmədovadır. Onun ruhi xəstə olduğu bildirilir.

Məlumata əsasən, psixi durumu normal olmayan qadın yaşadığı kəndin əkin sahələri ilə gəzə -gəzə qonşuluqda yerləşən Həzrəoba kəndinin əkin sahələrinə gəlib çıxıb. Burada su arxında ölüb. Qusar ərazidində meyiti tapılan Səmayə Əhmədovanın bu ilin yanvar ayının 22-dən Xaçmaz polis şöbəsi tərəfindən axtarışa verildiyi deyilir.

Qusar prokurorluğunda fakt təsdiqlənib və ölüm faktı ilə bağlı araşdırmalar getdiyi bildirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024