Mobil versiya
Yasamalda mağazanın qapısı hörüldü
Tarix: 08-02-2017 | Saat: 12:25
Bölmə:Media | çapa göndər

Yasamalda mağazanın qapısı hörüldü



Bakının “Sovetski” adlanan ərazisində içərisi satış üçün malla dolu olan mağazanın qapısı hörülüb.

“AİA.AZ” azadliq.org-a istinadən xəbər verir ki, mağaza sahibi Elçin Rəhimov deyir ki, iş Yasamal rayon icra hakimiyyəti tərəfindən görülür. O, deyib ki, fəhlələrin başının üstündə şəxsən icra hakimiyyətinin başçısı dayanıb: “Dədə-baba mülkündə – Abdulla Şaiq küçəsi, dalan 15, ev 18-də yaşayıram. Elə dükan da həmin mülkə aiddir. Bütün sənədlərim var, fəaliyyətim də tam qanunidir. Uzun illərdir, vergimi, sosial ödəmələrimi edib başımı aşağı salıb işləyirəm. Ərazidəki insanlar buradan ərzaq alırdılar. Mənim mülküm plana düşüb və qiymətdə razılaşmırıq. Burada mənim evimdən başqa 4-5 ev də var, sahibləri kompensasiya ilə razılaşmır. İcra hakimiyyəti də məndən qisas almaq üçün dükanı işlətməyimə imkan verməyəcəyini dedi”.

Bir müddət əvvəl Elçin Rəhimov Yasamal rayon icra hakimiyyətini məhkəməyə verib. Növbəti məhkəmə iclası martın 28-nə təyin olunub. Yəni E. Rəhimovun nə mülkünün sökülməsi, nə də mağazanın qapısının hörgüsü barədə məhkəmə qərarı yoxdur.

Yasamal rayon icra hakimiyyətindən bildirilib ki, qurum rəhbərliyi hazırda ərazidə olduğundan məsələyə münasibət bildirə bilməyəcəklər. Ümumi şəkildə bildirilib ki, sakinlər verilən kompensasiyadan artıq məbləğ tələb edirlər. Lakin bu kompensasiya Nazirlər Kabineti tərəfindən müəyyən edilib və onu artırıb azaltmaq icra hakimiyyətinin səlahiyyətinə aid deyil.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024