Mobil versiya
“Psixoloji sarsıntılarım var” - Azadlığa dünən çıxan Mehriban
Tarix: 08-02-2017 | Saat: 10:58
Bölmə:Gündəm | çapa göndər

“Psixoloji sarsıntılarım var” - Azadlığa dünən çıxan Mehriban




“Psixoloji sarsıntılarım var. Ən azından orada əsassız olaraq qalmışam”.

"AİA.AZ" xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi, ötən gün azadlığa çıxan Mehriban Hüseynova deyib.

M. Hüseynova bildirib ki, qanunlar ona insanları tanımağı öyrədib:

“Bütün media işçilərinə təşəkkürümü bildirirəm. Bu vaxt ərzində qanunlarımıza hörmət etdim, qanunlarımızı icra edən hər bir məmurumuza öz təşəkkürümü bildirirəm. Çünki onlar qayğıma qaldılar, qorudular. Hansısa bir günahım oldusa, cəzamı çəkdim. Qanunlarım məni başa saldı ki, artıq kimlər kimdir. Düzü əyridən ayırmağı, ətrafıma buraxacağım insanları seçməyi öyrətdi.



Qanunlarımız mənə insanları tanıtdı. Təcridxananın rəisindən tutmuş, baş həkiminə qədər hər kəsə minnətdaram. Azadlıq mənim üçün başqa bir şeydir. Nəhayət ki, arzuma çatdım. Ən əsas açıqlamalarımı saxlayıram. Psixoloji gərginliyimi atım, evimə uyuşum... Daha sonra media orqanları ilə görüşəcəm”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinın qərarına əsasən, mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 1 il 3 ay müddətinə şərti cəzayla azadlığa buraxılıb.

Xatırladaq ki, Mehriban Hüseynova barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdı. O, fevralın 25-də dünyasını dəyişən Xalq artisti İlhamə Quliyevanın var-dövlətini ələ keçirməkdə günahlandırılırdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024