Mobil versiya
`Biz Artsax adlı yer tanımırıq` - İran səfirliyindən açıqlama
Tarix: 7-02-2017, 11:38 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet | çapa göndər

`Biz Artsax adlı yer tanımırıq` - İran səfirliyindən açıqlama





İranın Azərbaycandakı səfirliyi işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “Artsaxın səsi” adlı musiqi qrupunun İranda konsert proqramı ilə çıxış edəcəyi ilə bağlı xəbərə münasibət bildirib.

"AİA.AZ" xəbər verir ki, səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfi AzVision.az -a bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. Onun sözlərinə görə, bu, Azərbaycanla İran əlaqələrinə zərbə vurmaq istəyən üçüncü qüvvələrin təxribatı ola bilər.

“Biz adların dəyişdirilməsinə qarşıyıq. Bu, beynəlxalq normalara ziddir. Biz Artsax adlı yer tanımırıq. İran İslam inqilabının qələbəsinin 38-ci ildönümü münasibətilə Tehrana müxtəlif ölkələrdən idmançılar, musiqi kollektivləri gələcək, orada proqramla çıxış edəcəklər”.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “Artsaxın səsi” adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək. Bunu qrupun bədii rəhbəri Lira Koçaryan deyib. O, qrupun tərkibində 13 nəfərin olduğunu bildirib.

Koçaryan eyni zamanda qeyd edib ki, qrup bu il Rusiya, Argentina və Braziliyada da çıxış etmək üçün dəvət alıb.



5428 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30