Mobil versiya
Aparıcı Putinə “qatil” dedi, Tramp isə...
Tarix: 07-02-2017 | Saat: 10:41
Bölmə:Gündəm / Manşet | çapa göndər

Aparıcı Putinə “qatil” dedi, Tramp isə...




“Fox News” telekanalının aparıcısı Bill О'reyli ABŞ prezidenti Donald Trampla müsahibəsində Rusiya lideri Vladimir Putini "qatil" adlandırıb.

“AIA.AZ”ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, aparıcının bu qalmaqallı çıxışından sonra rəsmi Moskva “Fox News”dan üzrxahlıq gözlədiyini bəyan edib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Putinin ünvanına səsləndirilmiş bu sözlər qəbuledilməz və təhqiramizdir.

“Əlbəttə, biz prezidentimizlə bağlı deyilmiş bu sözlərə görə belə nüfuzlu televiziya şəbəkəsindən üzr qəbul etməyə üstünlük veririk”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, aparıcı Putini "qatil" adlandırandan sonra Tramp başını yelləyərək cavab versə də, onun bu fikrini təsdiqləməyib.

Donald Trampla Bill О'reyli arasındakı dialoqu təqdim edirik:

B. О'reyli: Siz Putinə hörmət edirsiniz?

D. Tramp: Mən doğrudan da ona hörmət edirəm.

B. О'reyli: Həqiqətən? Bəs nə üçün?

D. Tramp: Bəli, mən çox insana hörmət edirəm, lakin bu o demək deyil ki, mən onlarla hər şeyi həll edə bilərəm. O, öz ölkəsinin lideridir. Əgər Rusiya bizə İŞİD-lə və islamist terrorla mübarizədə dəstək olsa,bu, yaxşıdır. Mən onunla hər şeyi həll edə bilərəm? Heç bir fikrim yoxdur. Hesab edirəm ki, bacarmaram.

B. О'reyli: Axı Putin qatildir.

D. Tramp: Qatillər çoxdur. Siz bizim ölkəni günahsızlar vətəni hesab edirsiniz?



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024