Mobil versiya
“Amazon”dan rekord gəlir - 136 milyard $
Tarix: 06-02-2017 | Saat: 13:37
Bölmə:Şou-biznes / Manşet | çapa göndər

“Amazon”dan rekord gəlir - 136 milyard $






“Amazon” şirkəti 2016-cı maliyyə ilinin dördüncü rübü və ümumilikdə bütün ilin maliyyə hesabatını açıqlayıb.

Rüb ərzində şirkət 43,7 milyard dollar gəlir əldə edib ki, bu da bir il əvvəlki göstəricidən 22 faiz çoxdur.

Şirkətin əməliyyat gəlirləri 13 faiz artaraq 1,26 milyard dollara çatıb. Xalis mənfəəti isə 749 milyon dollar olub ki, bu da bir il öncəki göstəricidən 55 faiz çoxdur.

İl ərzində “Amazon”un gəlirləri 136 milyard dollar olub ki, bu da əvvəlki ilin göstəriciləri ilə müqayisədə 27 faiz çoxdur. Əməliyyat gəlirləri 2,2 milyard dollardan 4,2 milyard dollara qədər çoxalıb. Şirkətin xalis mənfəəti ümumilikdə 4 dəfə artaraq 2,4 milyard dollar təşkil edib.

Gəlirlərin böyük hissəsi onlayn satışdan əldə olunub. İl ərzində bu biznes “Amazon”a 94,7 milyard dollar qazandırıb. (İKT.lent.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024