Mobil versiya
İçində 3 adam olan maşın yolda "salto" vurdu: xəsarət alan var - FOTO
Tarix: 05-02-2017 | Saat: 16:58
Bölmə:Cəmiyyət | çapa göndər

İçində 3 adam olan maşın yolda "salto" vurdu: xəsarət alan var - FOTO







Lənkəran rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Aia.Az report.az-a istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Şirin-Su kəndindən keçən hissəsində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Şağlaküçə kənd sakini Şükürov Nasir Əzizulla oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı avtomaşın yoldan çıxaraq bir neçə dəfə aşıb.
Nəticədə sürücü xəsarət alıb. O, yaxınlıqdakı şəxslərin köməyi ilə avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralı dərhal müayinə olunub. Qəzaya səbəb olaraq avtomobilin yoldan çıxaraq sürüşməsi göstərlir.
Şahidlərin bildirdiyinə görə, qəza zamanı avtomobildə üç nəfər olub. Onlardan ikisinin vəziyyəti normaldır, bu səbəbdən də xəstəxanaya müraciət etməyiblər.
Faktla bağlı araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024