Mobil versiya
Restoranda nahar edən hərbçilərin avtomatları oğurlandı
Tarix: 05-02-2017 | Saat: 11:27
Bölmə:Aia TV | çapa göndər

Restoranda nahar edən hərbçilərin avtomatları oğurlandı






Fransada naməlum şəxslər "Makdonalds"da nahar edən hərbçilərin silahını oğurlayıblar. Aia.Az APA-ya istinadən xəbər verir ki, insident İzer departamentinin La-Verpiyer qəsəbəsində baş verib. Nahardan sonra hərbçilər restoranın qarşısında park edilən avtomobilin şüşəsinin naməlum şəxslər tərəfindən qırıldığını və salondan FAMAS tipli iki avtomat silahların oğurlandığını müəyyən ediblər.

Hadisə yerinə polis çağırılıb. Əməliyyata onlarla polis və helikopter cəlb edilib. İlkin məlumata görə, silahları iki şəxs oğurlayıb, onların axtarışı davam etdirilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə