Mobil versiya
"Azərbaycanlı ilə sevgili olmaram"
Tarix: 04-02-2017 | Saat: 12:03
Bölmə:İdman / Karusel | çapa göndər

"Azərbaycanlı ilə sevgili olmaram"








"Azərbaycan millisində çıxışımı davam etdirirəm. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları və Avropa çempionatı gözləyir. Bu yarışlara hazırlaşıram".

Aia.Az bildirir ki, bunu apasport.az-a yığmamızın ağırlıqqaldıranı Boyanka Kostova deyib.

Qadın ağırlıqqaldıranlardan ibarət Azərbaycan millisi Bakıda hazırlığı davam etdirir. Lakin baş məşqçi Natalya Prişepa və Təranə Abbasovanın rəhbərliyi altında davam edən təlim-məşq toplantısında yığmamızın lideri olan Kostova yoxdur.

Buna aydınlıq gətirən dünya çempionumuz bildirib ki, hazırda Bolqarıstandadır və burada məşqlərinə ara vermir. O, yığmamızın qatılacağı turnirlərdə iştirak edəcəyini də vurğulayıb: "Əsas hədəf bu il keçiriləcək Avropa çempionatıdır. Qarşıdakı sınaqlara hələ çox vaxt qaldığından yığma ilə deyil, fərdi məşq keçirəm. Millinin düşərgəsinə gələn ay qoşulacam".

Kostova Rio Olimpiadasından sonra yığmamızın sabiq ağırlıqqaldıranı İvan Stoitsovla toy etməyə hazırlaşırdı. Hətta onun bu toydan sonra karyerasını bitirməsi də gözlənilirdi. Lakin cütlük münasibətlərinə qəfil son qoydu.

Təkcə uğurları ilə deyil, gözəlliyi ilə də çoxlarının rəğbətini qazanan 23 yaşlı Boyanka bu haqda ətraflı məlumat vermək istəməyib: "Bu, şəxsi məsələdir. Ayrılığımızın təşəbbüskarının da hansımız olduğunu açıqlamaq istəmirəm. Bu ikimizə aid olan məsələdir".

İvan ayrıldıqdan az sonra yeni rəfiqəsi ilə şəkillərini sosial şəbəkələrdə paylaşsa da, Kostova hələ də özünə yeni sevgili tapmayıb: "Hazırda ürəyimdə heç kim yoxdur. Hazırkı durumda heç bir sevgili istəmirəm. Yalnız karyeramı düşünürəm. Gələcək sevgilimin şərəfini qoruduğum Azərbaycandan olması mümkün deyil. Yəni azərbaycanlı ilə sevgili olmaram. Buna hansısa səbəb də yoxdur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024