Mobil versiya
XİN: "Erməni lobbisinin Trend-ə hücumları söz və mətbuat azadlığına qarşı hücumdur"
Tarix: 04-02-2017 | Saat: 11:46
Bölmə:Siyasət | çapa göndər

XİN: "Erməni lobbisinin Trend-ə hücumları söz və mətbuat azadlığına qarşı hücumdur"









ASALA terror təşkilatının ideoloji və maliyyə təminatçısı olan rasist ANCA lobbi təşkilatının saxta məlumatlarla Trend İnformasiya Agentliyinə qarşı hücumları həqiqətə, söz və mətbuat azadlığına qarşı hücumdur.
Aia.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib: "ANCA ənənələrinə sadiq qalaraq bu yolla öz yalanlarını ört - basdır etmək və Amerika ictimaiyyətini aldatmaq və manipulyasiya etmək kimi çirkin məqsədlər güdür. Ermənistan XİN rəsmilərinin bu "kampaniyanı" dəstəkləməkəri təxribatın haradan qaynaqlandığını açıq şəkildə göstərir. ANCA-nın Trend agentliyinə və onun jurnalistlərinə qarşı saxta və təxribatçı hücumlarına ATƏT-in media azadlığı üzrə nümayəndəsi ofisi və digər aidiyyəti beynəlxalq təsisatlar laqeyd qalmamalıdırlar".

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi Trend agentliyinin müəllifinin "Trump puts end to Armenian lobby's influence on US" adlı, ABŞ-da erməni diasporunun vəziyyətinin pisləşməsi barədə məqaləsindəki sözlərini təhrif etməyə çalışıb.
Komitə Twitter-dəki səhifəsində həmin məqalədəki Amerika erməni diasporunun öz sahibinin bədənində parazitlik etməsi barədə sitatı Hitlerin "Mayn Kamf" kitabındakı sitatla müqayisə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə