Mobil versiya
Eldar Əzizov bələdiyyə sədrlərinə xəbərdarlıq etdi
Tarix: 03-02-2017 | Saat: 16:57
Bölmə:Seçilənlər | çapa göndər

Eldar Əzizov bələdiyyə sədrlərinə xəbərdarlıq etdi



“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident tərəvindən irəli sürülən tapşırıqlarla bağlı Səbail Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

İcra başçısı Eldar Əzizov qeyd edib ki, rayonda korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, yenə də bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz olaraq zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi, qanunsuz tikintilər aparılması halları qalmaqdadır: “Müəyyən olunmuş faktlar üzrə sənədlər hüquq-mühafizə orqanlarına verilərək, bir sıra faktlar üzrə cinayət işləri açılıb”.

E. Əzizov bələdiyyə qurumlarının işini sərt tənqid edərək onlara xəbərdarlıq edib. Həmçinin RİH-ində və digər qurumlarda çalışan, qanunsuzluqlara göz yuman məmurlar və vəzifəli şəxslərə də xəbərdarlıq edib, qəti tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırıqlar verib: “Azərbaycanda hüquqi dövlət qurulub və bu bizim tarixi nailiyyətmizdir. Qanun qarşısında hamı bərabərdir və onun tələblərinə riayət etmək vacibdir”. (qafqazinfo.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024