Mobil versiya
Akademiyadan təhsil haqları ilə bağlı - Açıqlama
Tarix: 3-02-2017, 14:17 | Saat: 15:47:00
Bölmə:Təhsil / Manşet | çapa göndər

Akademiyadan təhsil haqları ilə bağlı - Açıqlama




Bədən Tərbiyəsi və İdman Akademiyası tələbələrinin təhsil haqqının hissə-hissə ödəmələrinə qadağa qoyulması məsələsinə münasibət bildirib.

Bununla bağlı heç bir rəsmi sənəd yoxdur:

“Buna baxmayaraq, təhsil haqlarının hissə-hissə ödənilməsi ilə bağlı bizə müraciət edən 100 tələbədən nəinki 15-nə, hətta 100-nə hissə-hissə ödəmələri üçün maksimum köməklik edirik. Həmçinin, maddi imkanları ağır olan tələbələrə, onların müraciətləri əsasında ailə vəziyyətləri araşdırıldıqdan sonra təhsil haqlarını ödəmələri üçün əlavə möhlətlər də veririk.

Budan əlavə, akademiyadan tələbələrin xaric olunma halları heç də onların təhsil haqlarını ödəməmələri ilə bağlı deyil. İlk növbədə, onların Akademiya ilə əlaqələrini itirməsi (uzun müddət dərslərə davamiyyətin zəif olması) və ya daxili nizam-intizam qaydalarını pozmaları ilə bağlıdır. Hər bir tələbənin fikrinə və müraciətinə fərdi yanaşıb onların probleminin həlli və gələcəkdə ixtisaslı kadr kimi yetişmələrində yaxından köməklik edirik”. (Qafqazinfo.az)



5361 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031