Mobil versiya
Tramp bu dərmanları qəbul edir - Həkimdən şok siyahıs
Tarix: 3-02-2017, 12:00 | Saat: 15:47:00
Bölmə:Səhiyyə / Manşet | çapa göndər

Tramp bu dərmanları qəbul edir - Həkimdən şok siyahıs







Donald Trampın şəxsi həkimi Harold Bornsteyn “New York Times” qəzetinə müsahibəsində 70 yaşlı ABŞ Prezidentinin sağlamlığını qorumaq üçün qəbul etdiyi dərmanlar barədə məlumat verib.

"AİA.AZ" AzərTac-a istinadən xəbər verir ki, Harold Bornsteyn 1980-ci ildən etibarən Trampın illik müayinəsini həyata keçirir.

Bornsteynin sözlərinə görə, Donald Tramp prezident seçildikdən sonra həkimə müraciət etməyib. O, mütəmadi olaraq “tetrasikin” antibiotikindən istifadə edir. Bu antibiotik çəhrayı sızanaqlara qarşı mübarizə üçündür. Dərmanların siyahisinda, həmçinin ürək xəstəliyi riskini azaltmaq üçün “uşaq aspirini”, prostat adenomasına və keçəlləşməyə qarşı istifadə olunan “finasterid” preparatı da yer alır.

Seçkiqabağı kampaniyanın gedişində Tramp dəfələrlə Hillari Klintonun prezident vəzifəsini icra etmək üçün fiziki qüvvəsinin olmadığını bildirmişdi. Xanım namizədin həkimi Liza Bardak isə öz növbəsində Klintonun tam sağlam olduğunu bəyan etmişdi.

Xatırladaq ki, 68 yaşlı Hillari Klintonun sağlamlığı barədə söz-söhbət onun Nyu-York şəhərində 11 sentyabr faciəsi qurbanlarının xatirə mərasimində özünü pis hiss etməsindən sonra başlayıb.



5325 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30