Mobil versiya
Ərdoğan Merkelin bu sözünə əsəbiləşdi - Video
Tarix: 03-02-2017 | Saat: 11:59
Bölmə:Seçilənlər-2 / Manşet | çapa göndər

Ərdoğan Merkelin bu sözünə əsəbiləşdi - Video





“İslamist terror və PKK daxil olmaqla terrorun hər növünə qarşı Türkiyə ilə birlikdə mübarizə aparmağa hazırıq”.

“AİA.AZ” - ın “Hurriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyədə rəsmi səfərdə olan Almaniya kansleri Angela Merkel prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

Ərdoğan Merkelin işlətdiyi “islamist terror” ifadəsinin doğru olmadığını bildirib: “Mən şəxsən müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm. “İslamist terror” ifadəsi biz müsəlmanları ciddi şəkildə incidir. Belə bir ifadədən istifadə olunmamalıdır, bu, doğru deyil. Çünki İslam dini ilə terror heç vaxt bir araya gəlməz. İslamın mənası sülh deməkdir. Yəni, bu mənanı ifadə edən sözü əgər biz terrorla yanaşı işlətsək, bu, o dinin nümayəndələrini üzər. Biz İŞİD terror təşkilatına görə “islamist terror”nu işlətsək, haqsızlıq etmiş olarıq. Bunu xahiş edirəm nəzərə alın. Bu sözdən istifadə olunduğu müddətdə bunun qarşısında dayanmaq məcburiyyətindəyik. Səssiz qalsaq, bunu qəbul etmiş olarıq. Hazırda dünyada İŞİD-ə qarşı bizim qədər mübarizə aparan ikinci dövlət yoxdur”.

A. Merkel isə Ərdoğana cavab olaraq bunları söyləyib: “Türkiyədəki insanlara bunu demək istəyirəm. Din azadlığı mənim üçün çox önəmlidir, bunu demokratoyanın bir hissəsi kimi görürəm. Buna görə də Almaniyada müsəlmanların dini etiqadlarına azad şəkildə riayət etmələri üçün əlimizdən gələni edirik. Bizim ölkədəki müsəlman dərnəkləri də hər cür terrora qarşı etirazlarını bildirdilər. Belə desək, İslam və islamist arasında fərq var”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024