Mobil versiya
Məşhur bacılar Trampa qarşı keçirilən mitinqdə - Fotolar
Tarix: 02-02-2017 | Saat: 20:14
Bölmə:Dünya | çapa göndər

Məşhur bacılar Trampa qarşı keçirilən mitinqdə - Fotolar




Məşhur model bacılar Cici və Bella Hadid ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə görə ölkədə başlayan etiraz aksiyasına qoşulublar.

aia.az “Tatler.ru”ya istinadən verdiyi məlumata görə, prezidentin əleyhinə olduqlarını İnstaqram hesablarında paylaşımları ilə daima nümayiş etdirən bacılar bu dəfə Nyu-Yorkda keçirilən mitinqdə iştirak etməklə xalqla birlik olduqlarını göstəriblər.

Fələstinli milyonçu Məhəmməd Hadidin qızları üzərində “Hamımız buddist, xristian, ateist, müsəlman və yəhudiyik” yazılmış plakatı əllərində daşıyıblar.

Xatırladaq ki, D. Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024